Bakıda evdən 4 min manat pul oğurlanıb

 12:49 01.04.2021     89

Bakıda evdə oğurluq olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da rayon ərazisindəki evlərin birindən 4 000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əsədov, Sumqayıt şəhər sakini N.Ələsgərov və Beyləqan rayon sakini O.Əliyev saxlanılıblar.