Sərnişin dolu “BakuBus” avtobusu qəzaya uğrayıb - VİDEO

 19:11 01.04.2021     329

Bakının Nəsimi rayonunda “BakuBus” avtobusu qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər.

Bildirilir ki, “28 Mall”un qarşısında “Nissan” markalı, 10 OT 420 nömrə nişanlı avtomobil ”BakuBus” avtobusu ilə toqquşub. Qəza zamanı avtobus sərnişinlərlə dolu olub, lakin xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.