Şabranda üzərinə hasar aşan uşaq ölüb

 20:33 01.04.2021     130

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az-ın məlumatına görə, şəhərin Məhəmməd Əsədov küçəsində 2011-ci il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlu hasar aşması nəticəsində ölüb.

Məmmədov Pənah Zaur oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. //APA