Gədəbəydə 8 otaqlı ev yanıb

 03:30 02.04.2021     262

Gədəbəy rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı evin iki otağının tavanı 14 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.