Qəbələdə avtomobil hasara çırpılaraq yanıb

 09:02 02.04.2021     168

Qəbələ rayonunun Yenikənd kəndində "Chevrolet" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.