Restoranın icarədarı və müştərilər cərimələnib - QUBA

 11:06 02.04.2021     849

Qubada gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar.