Gəlin qayınanasını döyərək öldürüb - RUSİYA

Rusiyanın Birsk rayonunda 50 yaşlı yerli sakin qayınanasını döyərək öldürüb.
Redaktor.az xəbər verir ki, yaşlı qadın 2019-cu ilin noyabr ayında keçirdiyi qəzadan sonra iflic olub. Bu səbəbdən gəlini yataq xəstəsi olan qadına qulluq etmək məcburiyyətində qalıb.
Bir müddət sonra yaşlı qadına qulluq etməkdən imtina edən gəlin, qayınanasının bədəninin müxtəlif hissələrinə dəmir parçası ilə zərbələr endirib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.