Sumqayıtda evdən 16 min manatlıq oğurluq edilib

 13:01 02.04.2021     220

Sumqayıtda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də şəhər ərazisindəki evlərin birindən 12 500 manat pul və 3 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Alıyev saxlanılıb.