Kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanılıb - FOTO

 14:22 02.04.2021     104

Gəncədə kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

RPİ-nin əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Qoşqar Əliyev tutulub.

Saxlanılan şəxs ifadəsində həmin qapaqları Eldəniz adlı tanışı ilə oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Hazırda oğurluq hadisəsini törətməkdə şübhəli bilinən digər şəxsin saxlanılaraq istintaq təqdim edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

22