Biləsuvar sakini dayısını qətlə yetirib
Biləsuvarda qətl hadisəsi olub.
Redaktor.az-ın məlumata görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, Biləsuvar sakini İlqar Həsənli bacısı oğlu Röyal Qubadov tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. //APA













