Bakıda yol qəzası - Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Avtomobillə motosikletin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Xudiyev Əkbər Şaiq oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun sınığı diaqnozu qoyulub. //Report