Sabirabadda yol qəzası - Xəsarət alan var

 22:40 02.04.2021     121

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında Sabirabad şəhərində qeydə alınıb.

Belə ki, motosikletlə minik avtomobili ilə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. //Report