Abşeronda avtomobil 31 yaşlı kişini vurub

 23:27 02.04.2021     387

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Şəbzalıyev Şahin Fəxrəddin oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardı briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sol bazu oynağının əziyi diaqnozu qoyulub. //Report