Ağsuda yas mərasimi keçirilməsinin qarşısı alınıb - FOTO

 11:00 03.04.2021     341

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri reydlər zamanı Növcü kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyini aşkar ediblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib. Polislər tərəfindən mərasimdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

2