Mingəçevirdə yeniyetmə qidadan zəhərlənib

 14:58 03.04.2021     346

Mingəçevirdə 12 yaşlı yeniyetmə  qidadan zəhərlənib. 

Redaktor.az-ın məlumatına görə, hadisə Xan Şuşinski küçəsi, birinci döngədə qeydə alınıb. 

Yaşıdları ilə qida və içki  məhsulları qəbul edən 2009-cu il təvəllüdlü şəhər sakini Abdullayev Ömər Əfqan oğlu halsız vəziyyətdə düşüb. İlkin müayinə zamanı yeniyetmənin zəhərləndiyi müəyyən edilib və o, xəstəxanaya yerləşdirilib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən