Samuxda partlayış: Xəsarət alan var

Samux rayonunda evdə qaz sızması nəticəsində partlayış baş verib.
Redaktor.az-ınn məlumatına görə, hadisə Alıuşağı kəndində qeydə alınıb.
Hadisə nəticəsində evdə olan Samux rayon sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Aytəkin Nazim qızı yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. //Report.az