Bakıda piyada iki avtomobilin arasında qaldı - FOTO

 22:48 03.04.2021     282

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

"Toyota" markalı avtomobil hərəkətdə olan zaman qarşısına qəfildən piyada çıxıb. Həmin avtomobil manevr edərək piyadanı ötüb. Lakin eyni istiqamətdə hərəkətdə olan "Azsamand" markalı nəqliyyat vasitəsi piyadanı vuraraq "Toyota"ya çırpıb. İki avtomobilin arasında qalan piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda Ziya Bünyadov prospektində metronun "20 Yanvar" istiqamətində tıxac yaranıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. //APA

2222