Bakı-Quba yolunda iki avtomobil toqquşub

Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Əhmədova Sürə Əhəd qızı bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır. //Report.az