Qaxda yanğın olub

Qax rayonunda yanğın hadisəsi olub.
Redaktor.az-ın məlumatına görə, hadisə Turaclı kəndində Vilayət Həsənova məxsus evə bitişik yardımçı tikilidə baş verib.
Hadisə zamanı ümumi sahəsi 50 kv/m olan tikilinin 30 kv/m-i içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yangın zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. //Report.az