Gəncədə piyadanı maşın vurub

 23:20 04.04.2021     371

Gəncədə piydanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən ortayaşlı kişini vurub. Yaralı dərhal sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //APA