Son 2 gündə 72 nəfər saxlanılıb

 10:17 05.04.2021     80

Daxili İşlər Nazirliyi (DİN) aprelin 3-ü və 4-də qeydə alınmış cinayət hadisələri haqqında statistik məlumatları açıqlayıb.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları iki gün ərzində törədilmiş 56 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

İki gün ərzində narkotiklə əlaqəli 32 fakt, qanunsuz silah saxlamaqla bağlı 2 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.