Sabirabadda bir nəfər Kürdə batıb

 13:27 05.04.2021     359

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən