Şəkidə avtomobillər toqquşub - Xəsarət alan var

 18:57 05.04.2021     260

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini Xəzər Nəbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil Aləm Süleymanovun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə Aləm Süleymanov və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Report