Kürdən kişi meyiti tapılıb

 20:14 05.04.2021     432

Kür çayından meyit tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunun axtarışları başa çatıb.

İ. Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.