Bakıda gəlin qayınatası tərəfindən bıçaqlanıb

Maştağa qəsəbəsində qadın bıçaqlanıb.
Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Cavadova Failə Faiq qızı qayınatası ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır. //APA