Azərbaycanda şok VİDEO: YAŞAYIŞ BİNASIDIR VƏ...

 00:04 07.04.2021     851

Ötən gecədən başlayan güclü külək Xaçmaz rayonunda fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, külək rayonun N.Nərimanov küçəsindəki çoxmənzilli beşmərtəbəli yaşayış binasının damını uçurub. 

Həmçinin, Xaçmaz şəhərinin Əlif Hacıyev və Üzeyir Hacıbəyov küçələrində də iki evin damını külək aparıb.

N.Nərimanov, Z.Tağıy küçələrində bir neçə ağac kökündən çıxaraq aşıb. Rayona elektrik enerjisinin verilişində fasilələr yaranıb. Azərişıq”ASC-nin qəza briqadaları qırılmış elektrik  xətlərində  bərpa işlərilə məşğuldur. Rayona dəyən ziyanın həcmi araşdırılır.

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən