Hacıqabulda yanğın olub - Xəsarət alan var

 21:42 06.04.2021     277

Hacıqabul rayonunun Birinci Udullu kəndində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü və bitişik ümumi sahəsi 150 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 0,5 m² sahədə yanıb.

Redaktor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Köməkçi tikilinin və bitişik evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. //Report