Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Ramana qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Məmmədova Zoya İldırım qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub. //Report.az