Xəzər rayonunda ağır yol qəzası - Xəsarət alanlar var

 23:41 06.04.2021     89

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Hüseynova Təranə Şəmməd qızı, 2001-ci il təvəllüdlü Salayev Ceyhun Sahil oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. T.Hüseynovaya döş qəfəsinin əziyi, C.Salayevə sol saidin çoxsaylı sıyrıntıları diaqnozu qoyulub. //Report