Göygöldə kafe yanıb - FHN

 09:17 07.04.2021     67

Göygöl rayonunda yanğın olub.

Redaktor.az-ın Fövqəladdə Hallar Mazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Toğanalı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli fəaliyyət göstərməyən kafenin çardağının yanar konstruksiyaları və tavanı 25 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd soyuducunun üzlüyü qarsalanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.