Yevlaxda yanğın olub

 09:57 07.04.2021     74

Yevlaxda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, Yevlax şəhərinin Qaraməmmədli kəndində ümumi sahəsi 150 m² olan (hər mərtəbəsi 75 m²) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.