Fatma Hüseynovanın evindən 28 min manat oğurlandı

Sabirabad rayon sakini Fatma Hüseynova Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinın Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E. Umudov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.