Daha bir COVID-19 xəstəsi ictimai yerdə aşkarlanıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Redaktor.az xəbər verir ki, vətəndaş Tahir Mustafayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və onu yaşadığı ünvana geri qaytarıblar.
T. Mustafayev barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. //Qafqazinfo