Cəlilabadda yol qəzası olub - Xəsarət alan var

 21:12 07.04.2021     163

Cəlilabad rayonunda yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, qəza zamanı iki "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə sürücülərdən biri xəsarət alıb və o, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. //Report