Cəlilabadda avtomobil aşıb

 23:34 07.04.2021     355

Bakı-Ələt yolunda avtomobil qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 90-LR-088 dövlət qeydiyyat nömrəli “Toyoto Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq, təxminən 20-25 metr kənara aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. //Report