İsmayıllıda avtomat güllələri tapılıb

 10:42 08.04.2021     340

İsmayıllı rayonunda avtomat güllələri tapılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Keşqurd kəndi ərazisindəki otlaq sahəsində şübhəli bağlamaların olması barədə Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman 2 ədəd dəmir qutunun içərisində, paslanmış vəziyyətdə avtomat güllələri aşkar edilərək götürülüb və ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.