İmişlidə nişan məclisi təşkil edənlər cərimələnib

İmişlidə nişan məclisi təşkil edən şəxs müəyyən olunub.
Redaktor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini Elsevər Murtuzzadənin kafelərin birində qonaqların iştirakı ilə qardaşına nişan məclisi təşkil etdiyi müəyyən edilib.
Qayda pozuntusuna yol vermiş beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.