Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

 16:03 08.04.2021     105

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü İsmayılov Azər Arif oğlu yolu keçmək istəyərkən onu "Mitsubishi" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan 21 yaşlı piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. //APA