Şirvanda avtomobil dəmir betona çırpılıb

 00:15 09.04.2021     100

Şirvanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin 1 may küçəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1997-ci il təvəllüdlü Hüseynzadə Abbas İmran oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarındakı dəmir betona çırpıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Report