Özünü Kür çayına atan şəxs xilas edilib

 09:23 09.04.2021     62

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin özünü suya atması barədə məlumat daxil olub.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.