Bakıda özünü dənizə atan şəxs xilas edilib

 23:24 15.04.2021     234

Bakıda intihara cəhdin qarşısı alınıb.

Redaktor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat yayıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.