Saatlıda karantini pozan çayxana aşkarlanıb

 11:04 16.04.2021     157

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın sahibi barəsində inzibati qaydada protokol tərtib edilib.