Bakıda dəhşətli hadisə: Qardaşını bıçaqlayıb intihar etdi

 11:34 16.04.2021     142

Bakı sakini qardaşını bıçaqlayıb, sonra özünü 4-cü mərtəbədən atıb.

Redaktor.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Məlumata görə, 36 yaşlı Fuad Nəcəfli yaşadığı evdə özündən iki yaş kiçik qardaşı Murad Nəcəflini bıçaqlayıb.

O, daha sonra özünü yaşadığı binanın 4-cü mərtəbəsindən aşağı atıb.

F.Nəcəfli ölüb, M.Nəcəfli isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğuna araşdırma aparılır. //Report.az