Göygöldə 56 yaşlı qadın intihar edib

 18:36 16.04.2021     454

Göygöl rayonunda intihar hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Balçılı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahrə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır. //Report