Cəlilabadda iki minik avtomobili toqquşub

 21:53 16.04.2021     211

Cəlilabad rayonunda yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21015" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. //Report