Hacıqabulda sərxoş kişi ayaq barmağını kəsib

 22:56 16.04.2021     328

Hacıqabul rayonunda yerli sakini özünə xəsarət yetirib.

Redaktor.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qızılburun kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 1983-cü il təvəllüdlü Abdullayev Cavid Niyətulla oğlu sərxoş vəziyyətdə ayaq barmağını kəsərək atıb. O, xəstəxanaya yerləşdirilib.

C. Abdullayevin psixi problemləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. //Report