Bakıda üç avtomobil toqquşub

 23:23 16.04.2021     302

Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Belə ki, hadisə nəticəsində "Toyota", "BMW" və "Kia" markalı avtomobillər toqquşub.

"BMW" markalı avtomobil hadisə yerindən uzaqlaşıb.

Qəza yerinə DYP əməkdaşları gəlib. Hazırda hadisənin təfərrüatları araşdırılır. //Report

Vumart və Güvən reklamı Vumart Güvən