Ziya Bünyadov prospektində zəncirvari qəza: Tıxac yarandı / FOTO

 10:04 17.04.2021     153

Bakıda üç avtomobil toqquşub.

Redaktor.az bildirir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Qəza zamanı "Mercedes", "Lada" və "Opel" markalı avtomobillər toqquşub. Toqquşma zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları gəlib və fakt araşdırılır.

Qəza nəticəsində həmin ərazidə tıxac yaranıb. //Report.az

22222