Qubadlıda döyüş sursatları aşkarlanıb

 10:30 17.04.2021     292

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 118 minaatan mərmisi və 181 ədəd minaatan mərmisinə məxsus partladıcılar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən