Saatlı sakinindən odlu silah götürülüb

 11:32 17.04.2021     281

Saatlı rayon sakinində qanunsuz odlu silah aşkar edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mustafabəyli kənd sakini Surxay İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı  araşdırma aparılır.